İranın Sarayevodakı səfirliyində diplomatik statusa malik üç nəfər də daxil olmaqla, dörd İran vətəndaşı casusluq şübhəsi ilə Bosniya və Herseqovinadan deportasiya edilib.


"Yeni Sabah" xəbər verir ki, Bosniya və Herseqovinanın xarici işlər naziri Elmedin Konakoviç deportasiya faktını təsdiqləyib.


Elmedin Konakoviç Bosniya və Herseqovinanın Kəşfiyyat və Təhlükəsizlik Agentliyinin topladığı məlumatlar əsasında həmin şəxsləri arzuolunmaz şəxs elan edən və ölkədən çıxarılmalarını nəzərdə tutan qərarı imzaladıqdan sonra dörd iranlı çərşənbə günü ölkəni tərk edib. Məişət texnikası


“Bu, təhlükəsizlik məsələsidir. Bizim rolumuz müraciəti göndərməklə hərəkətə keçməkdən ibarət olub. Bu, təhlükəsizlik qurumlarının səlahiyyətinə aid məsələdir və istəsələr, onlar bu barədə açıqlama verə bilərlər”, -deyə Elmedin Konakoviç qeyd edib.



Telegram kanalımız