Azərbaycan Mərkəzi Bankı (AMB) "Embafinans" QSC və "Caspian İnvest" MMC bank olmayan kredit təşkilatının (BOKT) vəzifəli şəxslərini cərimələyib.
"Yeni Sabah"xəbər verir ki, kredit təşkilatlarında aparılan cari nəzarət prosesləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulduğu üzə çıxıb.
İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci, 598.1.2-ci və 598.1.6-cı maddələrinə əsasən "Embafinans" və onun vəzifəli şəxsi Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə müvafiq olaraq 20 min manat və 4 min manat, məcəllənin 598.1.2-ci maddəsinə əsasən "Caspian İnvest"in vəzifəli şəxsi Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 2 min manat cərimə edilib. Dominos pizza
Telegram kanalımız