Azərbaycanın bank sektorunda kreditləşmənin həcmində dinamik artım temp davam edir. 2026-cı il iyulun 31-nə olan göstəricilərə görə, ölkə üzrə ümumi kredit portfeli 32 milyard 95,3 milyon manata yüksəlib. Ötən ilin eyni dövründə bu rəqəm 28 milyard 498,2 milyon manat səviyyəsində idi.


“Yeni Sabah” xəbər verir ki, son bir il ərzində kredit portfelində 3 milyard 597,1 milyon manatlıq (12,6%) genişlənmə müşahid olunub.


Kredit portfelinin strukturunda ən kəskin artım məhz real sektora ayrılan maliyyə dəstəyində, я yəni biznes kreditlərində qeydə alınıb. Biznes kreditlərinin məbləği ötən ilin iyulunda 15 milyard 55,8 milyon manat olduğu halda, bu ilin analoji dövründə 17 milyard 333 milyon manata çatıb. Beləliklə, sahibkarlığa yönəldilən vəsaitlər il ərzində 2 milyard 277,2 milyon manat və ya 15,1% çoxalaraq rekord vurub. pizza hut



Telegram kanalımız