Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) “Tikilməkdə olan Obyektlərin Müdiriyyəti” Publik Hüquqi Şəxsi Bərgüşadçay su anbarının inşa olunması layihəsi çərçivəsində növbəti işlərə start verəcək.
“Yeni Sabah” xəbər verir ki, satınalma Bərgüşadçay su anbarının tikintisi (II mərhələ) çərçivəsində “təsərrüfatlara suvarma suyunun verilməsi üçün magistral və paylayıcı boru kəmərlərinin tikintisi (2-ci hissə)” işlərini əhatə edir. İşlərin həyata keçirilməsi üçün ehtimal olunan məbləğ 130 372 439,24 AZN təşkil edir.
Layihə çərçivəsində müxtəlif diametrli magistral və paylayıcı boru kəmərlərinin çəkilməsi, müvafiq kənd təsərrüfatı sahələrinin suvarma suyu ilə təmin olunması üçün zəruri infrastrukturun qurulması nəzərdə tutulur. pizza mizza
Telegram kanalımız