2026-cı ilin ilk 7 ayının (yanvar-iyul) yekunlarına əsasən, “Xalq Həyat” ASC sığorta bazarındakı mövqeyini yığımlar hesabına möhkəmləndirib.
“Yeni Sabah” xəbər verir ki, şirkət hesabat dövründə 7 milyon 333 min manat sığorta haqqı toplayaraq portfelini genişləndirib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə şirkətin topladığı sığorta haqları 18,4% (1 milyon 137 min manat) artaraq 6 milyon 196 min manatdan 7,33 milyon manata yüksəlib.
Yığımların artmasına baxmayaraq, müştərilərə edilən kompensasiya ödənişləri 19,3% (705 min manat) azalıb. Şirkət 2025-ci ilin 7 ayında 3 milyon 648 min manat ödəniş etdiyi halda, bu ilin eyni dövründə bu rəqəm 2 milyon 943 min manat təşkil edib. pizza mizza
Telegram kanalımız