İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti lisenziyaların, kompüterlərin və bir sıra İT avadanlıqlarının satın alınması ilə tədbir həyata keçirir.


“Yeni Sabah” xəbər verir ki, satınalma müsabiqəsinin qalibi "UNİSELL" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) olub.


Qalib şirkətlə bağlanan müqavilənin ümumi məbləği 323 821,5 AZN təşkil edir. Sezar pizza


Müqavilə çərçivəsində Dövlət Xidmətinin fəaliyyətinin təmin edilməsi üçün tələb olunan proqram təminatı lisenziyalarının, kompüter dəstlərinin və digər texniki İT avadanlıqlarının tədarükü nəzərdə tutulur.


Qeyd edək ki, sözügedən şirkət Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin “Etibarsız Təchizatçıların Reyestr Məlumatları”na əsasən, müvafiq nəzarət orqanının qərarı ilə “etibarsız təchizatçı” elan edilib və 2025-ci ilin yanvarından 2026-cı ilin yanvarına qədər dövlət satınalmalarında iştirak hüququndan məhrum edilib.


“Dövlət satınalmaları haqqında” Qanunun 16-cı maddəsinə uyğun olaraq, təchizatçılar satınalma müqaviləsinin icrasından boyun qaçırdıqda, 1 təqvim ili ərzində 3 və ya daha çox müqavilənin bağlanmasından imtina etdikdə və ya digər analoji qayda pozuntularına yol verdikdə nəzarət orqanı tərəfindən etibarsız təchizatçılar siyahısına daxil edilirlər.



Telegram kanalımız