Türkiyənin Trabzon vilayətinin Yomra rayonunda bir küçəyə Məhəmməd Salahın adının verilməsi planlaşdırılır.


"Yeni Sabah" xəbər verir ki, bələdiyyə sədri Mustafa Bıyıkın sözlərinə görə, bu məsələ şəhər şurasında bu həftə müzakirəyə çıxarılacaq.


"Trabzonspor"un misirli futbolçusunun yaşadığı evin yerləşdiyi küçənin adının Məhəmməd Salah küçəsi olaraq dəyişdirilməsi nəzərdə tutulur. Dördpendirli pizza


Bələdiyyə sədri Salahın transferinin Türkiyə futbolu üçün böyük əhəmiyyət daşıdığını bildirib və futbolçunun məhz Yomra rayonunda yaşayacağını qeyd edib.


Salah bu yay "Liverpul"dan ayrıldıqdan sonra "Trabzonspor"a keçib.



Telegram kanalımız