Cari ilin yanvar-iyul aylarında kənd təsərrüfatı heyvanlarının sığortası üzrə toplanan sığorta haqlarının həcmində kəskin artım qeydə alınıb.
“Yeni Sabah” xəbər verir ki, 2026-cı ilin ilk 7 ayının yekunlarına əsasən, bu sığorta sinfi üzrə toplanan sığorta haqları 4 milyon 995 min manat təşkil edib. Ötən ilin müvafiq dövründə isə bu göstərici 2 milyon 146 min manat səviyyəsində olub.
Beləliklə, kənd təsərrüfatı heyvanlarının sığortası üzrə yığımlarda illik müqayisədə 2 milyon 849 min manat və ya 2,3 dəfə (132,8%) artım müşahidə olunub. Marqarita pizza
Cəlalə Cəlalqızı
Telegram kanalımız