Fatih Tekke tərəflərin qarşılıqlı razılığı əsasında "Trabzonspor"un baş məşqçisi vəzifəsindən ayrılıb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat verilib.
Fatih Tekke avqustun sonunda Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda Macarıstanın "Ferentsvaroş" klubuna məğlubiyyətdən (0:4) sonra klubdan ayrıldığını elan etmişdi, lakin həmin vaxt rəhbərlik 48 yaşlı mütəxəssisin istefasını qəbul etməmişdi. pizza hut
İstefa qərarı "Trabzonspor"un Türkiyə Superliqasında səfərdə "Amedspor"a məğlub olmasından sonra verilib.
Qeyd edək ki, Fatih Tekke 2025-ci ilin mart ayından "Trabzonspor"a rəhbərlik edirdi. Onun rəhbərliyi altında komanda Türkiyə Kubokunu qazanıb.
Telegram kanalımız