2026-cı ilin ilk altı ayının nəticələrinə əsasən, “Bank Respublika”nın cəmi öhdəliklərində cüzi artım müşahidə edilsə də, depozit portfelində nəzərəçarpan geriləmə baş verib.


“Yeni Sabah” bankın maliyyə hesabatının göstəricilərinə əsasən xəbər verir ki, cari ilin ilk yarısında bankın cəmi öhdəlikləri 2 milyard 447 milyon 386.62 min manat səviyyəsində qərarlaşıb. Ötən ilin eyni dövründə bu rəqəm 2 milyard 443 milyon 975.71 min manat idi.


Beləliklə, bankın öhdəlikləri il ərzində 3 milyon 410.91 min manat (0.14%) çoxalıb. Sezar pizza


Öhdəliklərin artmasına baxmayaraq, “Bank Respublika”nın depozit bazasında dinamika mənfi olub. Ümumi depozit portfeli 2025-ci ilin birinci yarısındakı 1 milyard 429 milyon 680.60 min manatdan 1 milyard 99 milyon 720.65 min manata düşüb. Bu da illik müqayisədə 329 milyon 959.95 min manatlıq (23.08%) eniş deməkdir.


Cəlalə



Telegram kanalımız