Azərbaycanda növbəti kredit ittifaqının fəaliyyətinə xitam verilib.
“Yeni Sabah” xəbər verir ki, Mərkəzi Bankın (AMB) İdarə Heyətinin müvafiq qərarı ilə “İşgüzar Kredit İttifaqı” MMC-yə verilmiş lisenziya ləğv olunub. Bu qərardan sonra ölkə ərazisində lisenziyaya sahib kredit ittifaqlarının sayı azalaraq 35-ə enib.
Xatırladaq ki, Mərkəzi Bank ötən ilin iyun ayında quruma icrası məcburi olan rəsmi xəbərdarlıq göndərmişdi. Buna bais maliyyə təşkilatının 2024-cü ilə aid kənar audit tərəfindən təsdiqlənmiş maliyyə hesabatlarını vaxtında tənzimləyici quruma təqdim etməməsi olmuşdu. pizza sifarişi
Bununla da “Kredit ittifaqları haqqında” Qanunun müvafiq bəndinin (17.3-cü maddə) tələbləri pozulmuşdu. AMB mövcud qaydalara əsaslanaraq auditor tərəfindən yoxlanılmış hesabatların təsdiqedici sənədlərlə birgə təqdim olunmasını tələb etsə də, nöqsanlar aradan qaldırılmayıb.
Qeyd edək ki, 2010-cu ildə təsis edilən və paytaxt Bakıda fəaliyyət göstərən “İşgüzar Kredit İttifaqı” MMC 4 min manat nizamnamə kapitalına malik idi.
Telegram kanalımız