Bank Olmayan Kredit Təşkilatı (BOKT) “Finans Kredit” MMC 2025-ci maliyyə ilini mənfəət, aktivlər və kredit portfelində geriləmə ilə başa vurub.


“Yeni Sabah” xəbər verir ki, hesabat dövründə BOKT-un xalis mənfəəti illik müqayisədə 34,8% (70,7 min manat) geriləyərək 132,6 min manata düşüb (2024-cü ildə 203,3 min manat). Şirkətin cəmi aktivləri 20,1% azalaraq 2,77 milyon manata, kredit portfeli isə 16,3% kəsilərək 2,52 milyon manata enib. Eyni zamanda, cəmi öhdəliklər 34,4% azalaraq 1,58 milyon manat səviyyəsində qərarlaşıb.


Buna baxmayaraq, təşkilatın kapital göstəricilərində yüksəliş qeydə alınıb. Belə ki, faiz gəlirləri 1,8% artımla 744,5 min manata, nizamnamə kapitalı 64,6% sıçrayışla 1,05 milyon manata, cəmi kapitalı isə 12,6% artaraq 1,19 milyon manata yüksəlib. pizza



Telegram kanalımız