"Qalatasaray" futbolçularının səhhəti ilə bağlı rəsmi məlumat yayıb.


"Yeni Sabah" xəbər verir ki, İstanbul təmsilçisi üç oyunçusunun zədələndiyini açıqlayıb.


Həkim müayinəsindən sonra Viktor Osimhen və Mario Leminanın sağ qasıq əzələsində gərilmə və ağrı müəyyən edilib. Vilfrid Sinqonun isə sağ budun ikibaşlı əzələ qrupunda və vətərində zədələnmə ilə yanaşı, qanaxma aşkar olunub. Marqarita pizza


Osimhen və Leminanın 1-3 həftə, Sinqonun isə 4-6 həftə meydanlardan uzaq qalacağı gözlənilir.


Futbolçuların müalicəsinə start verilib./Offsideplus.az



Telegram kanalımız