Braziliya milli komandası tarixində ən yaxşı bombardir, "Santos"un hücumçusu Neymar "Palmeyras"la oyunda sağ budundan zədə alıb.


"Yeni Sabah" xəbər verir ki, bu barədə Braziliya klubunun mətbuat xidməti "X" hesabında məlumat verib.


Braziliya Kubokunun dörddəbir finalının cavab oyunu (0-0) sentyabrın 3-də baş tutub. 34 yaşlı Neymar fasilədə əvəzlənib. Dominos pizza


Belə zədələnmə zamanı bərpaolunma müddəti dörd həftədən səkkiz həftəyə qədər təşkil edir.


Bu mövsüm Neymar "Santos"da bütün turnirlərdə 24 oyun keçirib, səkkiz qol vurub və səkkiz məhsuldar ötürmə edib./Oxu.az



Telegram kanalımız