"Neftçi" Misli Premyer Liqasında növbəti qələbəsini qazanıb.
"Yeni Sabah" xəbər verir ki, "ağ-qaralar" IV turda "Şəfa"nı məğlub ediblər - 4:1.
Meydan sahiblərinin qollarını 35-ci dəqiqədə Rüfət Abbasov, 64 və 66-cı dəqiqələrdə Alen Şkribek, 79-cu dəqiqədə Breno Almeyda (p) vurublar. Qonaqların heyətində 48-ci dəqiqədə Murad Musayev adını tabloya yazdırıb. pizza mizza
Bu turdan xallarının sayını 9-a çatdıran "Neftçi" üçüncü pillədə qərarlaşıb. "Şəfa" üç xalla onuncu yerdədir.
Qeyd edək ki, günün ilk görüşündə "Sabah" "Zirə"ni beş cavabsız qolla üstələyib.
Xatırladaq ki, ötən gün baş tutan matçlarda "Qəbələ" "İmişli"ni (2:1), "Şamaxı" isə səfərdə "Kəpəz"i (1:4) məğlub edib. IV tura sabah yekun vurulacaq.
Telegram kanalımız