Türkiyə Superliqasının 4-cü turunda "Fənərbağça" doğma meydanda "Beşiktaş"ı qəbul edib.


"Yeni Sabah" xəbər verir ki, "Chobani" stadionunda keçirilən İstanbul derbisində "qara qartallar" 1:2 hesabı ilə qalib gəliblər.


Matçda hesabı "Fənərbağça" açıb. Ev sahiblərinin heyətində 26-cı dəqiqədə Milan Şkrinyar fərqlənib. pizza hut


"Beşiktaş"a qələbə qazandıran qolları 38-ci dəqiqədə Rıdvan Yılmaz, 73-cü dəqiqədə isə Dusan Vlahoviç vurublar.


"Beşiktaş" xallarının sayını 9-a çatdırıb, "Fənərbağça"nın isə 6 xalı var.



Telegram kanalımız