Qadın voleybolçulardan ibarət Türkiyə millisi Avropa çempionu olub.


"Yeni Sabah" xəbər verir ki, komanda turnirin finalında İtaliya ilə üz-üzə gəlib.


Türkiyə seçməsini İstanbul şəhərində yerləşən "Sinan Erdem" idman zalındakı qarşılaşmada rəqibini 3:2 hesabı ilə üstələyib. pizza sifarişi


Beləliklə, komanda tarixində ikinci dəfə Avropa çempionu olub. "Ay-ulduzlular" 2023-cü ildə də bu titula sahib çıxıb.


Xatırladaq ki, Türkiyə millisi yarışın 1/8 final mərhələsində Azərbaycan yığmasına qalib gəlmişdi.



Telegram kanalımız