"Neftçi" klubu heyətini yeni hücumçu ilə gücləndirib.
“Yeni Sabah” xəbər verir ki, paytaxt təmsilçisi Finlandiyanın "Qnistan" klubundan 28 yaşlı nigeriyalı mərkəz forvardı Adeleke Akinyemini transfer edib. Tərəflər arasında "2+1" illik müqavilə imzalanıb. Təcrübəli hücumçu yeni komandasında 26 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Avropanın müxtəlif çempionatlarında oynayan Akinyemi xüsusilə son 3 ildə nümayiş etdirdiyi oyunu ilə diqqət çəkib. İki il əvvəl Finlandiyanın "İlves" komandası ilə ölkə birinciliyinin gümüş medallarını qazanan və UEFA Avropa Liqasına vəsiqə əldə edən futbolçu, bu mövsüm "Qnistan"ın heyətində keçirilən 22 oyunun hamısında meydanda olub. Marqarita pizza
2017-ci ildə Latviya çempionatının ən məhsuldar oyunçusu seçilən nigeriyalı forvard, cari mövsümdə vurduğu 13 qolla "Veikkausliiqa"nın bombardiridir.
Nazim Hacıyev
Telegram kanalımız