Ukrayna Premyer Liqasının 5-ci turu çərçivəsində keçirilən "Karpatı Lvov" – "Şaxtyor Donetsk" oyununda maraqlı və emosional anlar yaşanıb.


“Yeni Sabah” xəbər verir ki, oyunun 56-cı dəqiqəsində meydanda baş verən kobud qayda pozuntusundan sonra baş hakim müvafiq vərəqəni göstərməyib. Buna bərk əsəbiləşən "Şaxtyor"un türkiyəli baş məşqçisi Arda Turan 4-cü hakimə yaxınlaşaraq narazılığını bildirib. Pozuntunun nə dərəcədə kobud olduğunu əyani şəkildə sübut etmək istəyən mütəxəssis rəqib futbolçunun hərəkətini ehtiyat oyunçular skamyasındakı köməkçi məşqçisinin üzərində canlı olaraq nümayiş etdirib.


Həddindən artıq emosional etirazlarına və meydançanın kənarında yaratdığı bu mənzərəyə görə matçın baş hakimi Arda Turana sarı vərəqə göstərib. pizza


Hesabda 0:1 geriyə düşməsinə baxmayaraq, Arda Turanın yetirmələri geri dönüş edərək matçı 2:1 hesablı qələbə ilə başa vurublar. 


Nazim Hacıyev



Telegram kanalımız