Argentina millisinin və ABŞ-nin "İnter Mayami" klubunun hücumçusu Lionel Messi "Qızıl top" mükafatına namizədlər siyahısına daxil edilib.


"Yeni Sabah" xəbər verir ki, 39 yaşlı futbolçunun adı "France Football" tərəfindən açıqlanan siyahıda yer alıb.


Messi 2025/26 mövsümündə "İnter Mayami" ilə MLS Kubokunu qazanıb. Argentinalı ulduz mövsüm ərzində 49 oyunda 43 qol vurub və 26 məhsuldar ötürmə edib. pizza sifarişi


Milli komanda səviyyəsində də uğurlu çıxış edən Messi Argentina yığması ilə dünya çempionatının finalına qədər irəliləməyi bacarıb. Həlledici görüşdə əlavə vaxtda İspaniyaya 0:1 hesabı ilə uduzan komandasının heyətində o, mundialı səkkiz qol və dörd məhsuldar ötürmə ilə tamamlayıb. Bu turnirdən sonra 39 yaşlı futbolçu Argentina yığmasındakı beynəlxalq karyerasına rəsmən son qoyub.


Bununla Messi "Qızıl top"a 17-ci dəfə namizəd göstərilib. O, bu göstəriciyə görə yalnız 18 dəfə namizəd olan Kriştianu Ronaldudan geri qalır.


Qeyd edək ki, Lionel Messi 8 dəfə "Qızıl top" qazanaraq mükafatın tarixində rekordçudur. 2026-cı il mükafatının qalibi oktyabrın 26-da Londonda keçiriləcək təqdimetmə mərasimində bəlli olacaq./Oxu.az



Telegram kanalımız