UEFA Çempionlar Liqasında 2026/27 mövsümünün Liqa mərhələsinə start verilib. 1-ci turun ilk oyun günündə futbolsevərlər bol qollu və gərgin qarşılaşmalara şahidlik ediblər. Avropanın nəhəng klublarının mübarizə apardığı gecədə gözlənilən qələbələrlə yanaşı, son dəqiqə dramları da yaşanıb.
Gecənin mərkəzi matçında "Real Madrid" öz meydanında İtaliya təmsilçisi "İnter"i qəbul edib. Gərgin keçən qarşılaşmada Madrid klubu Kilian Mbappe və Federiko Valverdenin qolları ilə 2:1 hesablı vacib qələbə qazanıb.
İngiltərə çempionu "Mançester Siti" isə Portuqaliya səfərindən itkisiz qayıdıb. "Portu"nun qonağı olan Pep Qvardiolanın komandası Erlinq Haalandın dublu sayəsində rəqibini 2:0 hesabı ilə məğlub edib. Pepperoni pizza
Gecənin en dramatik qarşılaşması isə Almaniyada baş tutub. "Borussiya Dortmund" və İspaniyanın "Vilyarreal" klubları arasında keçirilən 5 qollu dueldə meydan sahibləri üstün olub. Seri Qirassinin matçın son dəqiqələrində vurduğu qol Dortmund təmsilçisinə 3:2 hesablı qələbə gətirib.
Dünən gecə keçirilən bütün qarşılaşmaların nəticələri:
Real Madrid (İspaniya) – İnter (İtaliya) — 2:1
Portu (Portuqaliya) – Mançester Siti (İngiltərə) — 0:2
Borussiya Dortmund (Almaniya) – Vilyarreal (İspaniya) — 3:2
Brügge (Belçika) – Aston Villa (İngiltərə) — 2:3
Lill (Fransa) – Real Betis (İspaniya) — 2:3
AEK Afina (Yunanıstan) – LASK (Avstriya) — 1:0
Qeyd edək ki, Çempionlar Liqasında 1-ci turun digər qarşılaşmaları bu gecə keçiriləcək.
Nazim Hacıyev
Telegram kanalımız