Türkiyə Super Həvəskarlar Liqasında mübarizə aparan “Turgutluspor” klubu tarixi qərara imza atıb.


“Yeni Sabah” xəbər verir ki, klub rəhbərliyi 2004-cü il təvəllüdlü Zeynep Mestanı komandanın baş məşqçisi təyin edib.


Gənc mütəxəssis klubun binasında təşkil olunan mərasimdə müqaviləyə imza ataraq rəsmi şəkildə vəzifəsinin icrasına başlayıb. Marqarita pizza


Klubun açıqlamasına görə, Mestan yeni mövsümlə bağlı planların hazırlanmasına və klubun texniki strukturuna rəhbərlik edəcək.


22 yaşlı mütəxəssis baş məşqçi olmaqla yanaşı, futbolçu karyerasını da davam etdirir.


O, hazırda “Bornova Genç Yıldızlar Spor”un heyətində çıxış edir.


Nazim Hacıyev



Telegram kanalımız