Dünya futbolunun canlı əfsanəsi Lionel Messi idman biznesi sahəsində növbəti böyük addımını atıb. Argentinalı hücumçu İspaniyanın 2-ci liqa (LaLiga 2) təmsilçisi "CD Eldense" klubunun 100% səhmlərini almaq üçün rəhbərliklə prinsipial razılıq əldə edib.
“Yeni Sabah” xəbər verir ki, sövdələşmənin rəsmiləşməsi üçün hazırda son hüquqi prosedurlar həyata keçirilir. Keçidin tam yekunlaşması üçün İspaniya Ali İdman Şurasının (CSD) rəsmi təsdiqi gözlənilir.
Karyerasını bitirdikdən sonrakı gələcəyinə investisiya yatırmağa davam edən Messi bununla kifayətlənməyib. Təcrübəli futbolçu, həmçinin İspaniyanın digər təmsilçisi "UE Cornellà" klubunun da 100% səhmlərini öz mülkiyyətinə keçirib. Bu addım Messinin İspaniya futbol strukturunda uzunmüddətli strategiyasının bir hissəsi kimi qiymətləndirilir. Dominos pizza
Nazim Hacıyev
Telegram kanalımız