İngiltərə Futbol Assosiasiyası (FA) "Liverpul"un braziliyalı qapıçısı Alisson Bekeri cəzalandırıb.


“Yeni Sabah” xəbər verir ki, təcrübəli qolkiper 8 min funt-sterlinq məbləğində cərimə olunub.


Buna səbəb braziliyalı futbolçunun "Nottingem Forest" ilə 2:2 hesablı heç-heçə ilə başa çatan matçdan sonra qeyri-etik davranış nümayiş etdirməsi olub. Qərara əsasən, Beker karşılaşmanın final fitindən sonra əvəzetmə lövhəsini təpikləyib. pizza


Təcrübəli qapıçı FA tərəfindən irəli sürülən uyğunsuz davranış ittihamlarını qəbul edib.


Nazim Hacıyev



Telegram kanalımız