Azərbaycan Premyer Liqasında çıxış edən klubların heyətlərinin ümumi bazar dəyəri açıqlanıb.


Modern.az “Transfermarkt”ın məlumatlarına əsasən xəbər verir ki, “Qarabağ” 25,08 milyon avro ilə Azərbaycan klubları arasında ən bahalı heyətə sahibdir. Ağdam təmsilçisini “Sabah” 19 milyon avro, “Neftçi” isə 14,15 milyon avro ilə izləyir.


Klubların heyət dəyərləri belədir: Sezar pizza


Qarabağ – 25,08 milyon avro


Sabah – 19 milyon avro


Neftçi – 14,15 milyon avro


Zirə – 12,58 milyon avro


Turan Tovuz – 11 milyon avro


Sumqayıt – 8,65 milyon avro


İmişli – 6,08 milyon avro


Araz-Naxçıvan – 5,83 milyon avro


Kəpəz – 5,75 milyon avro


Qəbələ – 4,68 milyon avro


Şəfa – 4,20 milyon avro


Şamaxı – 3,90 milyon avro


Beləliklə, siyahıda “Qarabağ” ilk, “Şamaxı” isə sonuncu pillədə qərarlaşıb. İki klub arasındakı bazar dəyəri fərqi 21,18 milyon avro təşkil edir.


Maraqlıdır ki, rəqəmlərə görə klubların ümumi dəyəri 120,9 milyon avro edir. "Barselona" futbol klubunun hücumçusu Lamin Yamalın aktual bazar dəyəri isə 220 milyon avrodur. Beləliklə, 19 yaşlı futbolçunun dəyəri bütün Azərbaycan Premyer Liqasının klublarının toplam dəyərindən çoxdur. 



Telegram kanalımız