"Qarabağ"ın müdafiəçisi Bəhlul Mustafazadə yenidən əməliyyat olunub.


"Yeni Sabah" xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq "Qarabağ"ın mətbuat xidmətindən məlumat verilib.


Bildirilib ki, 29 yaşlı futbolçu əməliyyat olunub və 4 həftə sonra bərpa prosesinə başlayacaq. Toyuqlu pizza


Xatırladaq ki, müdafiəçi UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində "Nyukasl"a qarşı keçirilən matçda zədə almışdı.


Sol budunun adduktor əzələlərində və qasıq nahiyəsində yaranan problemlə əlaqədar olaraq oyunçu bir müddət əvvəl cərrahi müdaxiləyə məruz qalmışdı.



Telegram kanalımız