"Barselona"nın hücumçusu Lamin Yamal İspaniya çempionatının 7-ci turunda "Sevilya"ya qarşı keçirilən oyunun (3:1) yekunlarına əsasən növbəti nailiyyətə imza atıb.


"Yeni Sabah" xəbər verir ki, 19 yaşlı vinger iki məhsuldar ötürmə edərək Kataloniya komandasının heyətində bütün turnirlər üzrə assistlərinin ümumi sayını 159 matçda 51-ə çatdırıb.


Dünyaİspaniya La Liqası: "Barselona" "Sevilya"nı məğlub etdi - Video Marqarita pizza


Yamal yubiley - 50-ci məhsuldar ötürməsini 19 yaş 68 günlüyündə rəsmiləşdirib. Bu, onu ən azı 2013/14 mövsümündən (statistikaların toplanmağa başladığı vaxtdan) bəri bu göstəriciyə çatan ən gənc La Liqa oyunçusu edib.


Əvvəlki rekord Vinisius Juniora məxsus idi. Braziliyalı "Real Madrid"in heyətində 50-ci məhsuldar ötürməsini 2023-cü ilin mayında 22 yaş 298 günlüyündə edib.


51 məhsuldar ötürmə ilə yanaşı, Yamal "Barselona"nın heyətində bütün turnirlərdə 57 qol vurub.



Telegram kanalımız