Misli Premyer Liqasında mübarizə aparan “Araz-Naxçıvan” futbol klubundan ayrılan var.


“Yeni Sabah” xəbər verir ki, Naxçıvan təmsilçisi baş məşqçi Cavid Hüseynov və məşqçi Zaur İsmayılov ilə əməkdaşlığa son qoyub.


Məşqçilərin qüvvədə olan müqavilələrinə qarşılıqlı razılıq əsasında xitam verilib. Dominos pizza


Cavid Hüseynov bu ilin iyun ayında komandanın baş məşqçisi vəzifəsinə təyin olunmuşdu. Uğursuz mövsüm başlangıcı keçirən “Araz-Naxçıvan” turnir cədvəlində 6 oyundan sonra cəmi 2 xal toplayaraq sonuncu — 12-ci pillədə qərarlaşıb.


Nazim Hacıyev



Telegram kanalımız