UEFA Millətlər Liqasında növbəti matçlar keçirilib.


“Yeni Sabah” xəbər verir ki, turnirdə baş tutan qarşılaşmalar gərgin və bol qollu mübarizə ilə yadda qalıb.


A Liqasında mərkəzi qarşılaşmalardan biri Niderland və Almaniya yığmaları arasında baş tutub. Tərəflər hərəyə bir dəfə fərqlənərək xalları yarı bölüblər (1:1). Norveç milli komandası drama dolu matçda Danimarkanı 3:2 hesabı ilə məğlub etməyi bacarıb. Portuqaliya öz meydanında Uelsi 1:0 hesabı ilə üstələdiyi halda, Serbiya öz azarkeşləri önündə Yunanıstana 1:2 hesabı ilə məğlub olub. Marqarita pizza


Digər liqalarında qeydə alınan nəticələr:


Liqa A


Niderland – Almaniya 1:1


Norveç – Danimarka 3:2


Portuqaliya – Uels 1:0


Serbiya – Yunanıstan 1:2


Liqa B


Avstriya – İsrail 3:1


Kosovo – İrlandiya 1:0


Liqa D


Andorra – Malta 1:2


Lixtenşteyn – Litva 0:2


Nazim Hacıyev



Telegram kanalımız