Bakıda keçiriləcək dünya çempionatında Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub.


"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.


Qeyd olunub ki, bu gün turnirin püşkatma mərasimi baş tutub. Dördpendirli pizza


Tədbirdə Beynəlxalq Cüdo Federasiyasının rəsmiləri, Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu, vitse-prezidenti Elnur Məmmədli, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov və digər şəxslər iştirak ediblər.


Azərbaycan cüdoçularının ilk rəqibləri:


Qadınlar


48 kq


1/32 final


Şəfəq Həmidova - Nataşa Razafindrakalo (Madaqaskar)


1/16 final


Könül Əliyeva - Mari Di Varqas Ley (Çili)


52 kq


1/16 final


Gültac Məmmədəliyeva - Gefen Primo (İsrail)


57 kq


1/32 final


Xədicə Qədəşova - Janar Joldoşeva (Qırğızıstan)


63 kq


1/16 final


Hanna Zaytseva - Pey Çun Yuan (Tayvan) / Anna Kriza (Macarıstan) cütünün qalibi ilə


70 kq


1/32 final


Südabə Ağayeva - Ai Tsunoda Roustant (İspaniya)


+78 kq


1/16 final


Madina Kaisinova - Asya Tavano (İtaliya)


Kişilər


60 kq


1/16 final


Balabəy Ağayev - Artsiom Kolasau (Belarus) / Dilşot Xalmatov (Ukrayna) cütünün qalibi ilə


Əhməd Yusifov - Baxrom Boturov (Özbəkistan) / Tumenjarqal Tuvşintur (Monqolustan) cütünün qalibi ilə


66 kq


1/32 final


Turan Bayramov - Radu İzvoreanu (Moldova)


Nizami İmranov - Vaja Marqvelaşvili (Gürcüstan)


1/16 final


Ruslan Paşayev - Serdar Rahimov (Türkmənistan) / Adrian Nieto Çinarro (İspaniya) cütünün qalibi ilə


73 kq


1/32 final


Hidayət Heydərov - Akil Qyakova (Kosovo)


1/16 final


Rəşid Məmmədəliyev - Adil Osmanov (Moldova) / Castin Lemir (Kanada) cütünün qalibi ilə


81 kq


1/32 final


Vüsal Qələndərzadə - Hristo Valkov (Bolqarıstan)


1/16 final


Zelim Tçkayev - Timoti Meuvsen (Cənubi Afrika Respublikası) / Viktor Sterpu (Moldova) cütünün qalibi ilə


Ömər Rəcəbli - Sibqatullah Arab (IRT) / Mahamadu Dukara (Mali) cütünün qalibi ilə


90 kq


1/32 final


Elcan Hacıyev - Aleksander Knauf (ABŞ)


Süleyman Şükürov - Kornelius Eylertsen (Norveç)


1/16 final


Murad Fətiyev - Yahor Varapayev (Belarus) / Teodoros Tselidis (Yunanıstan) cütünün qalibi ilə


100 kq


1/32 final


Zelim Kotsoyev - Baymırat Majanov (Türkmənistan)


+100 kq


1/16 final


Uşanqi Kokauri - Emirxan Joldoşkazıyev (Qırğızıstan)


Kənan Nəsibov - Losseni Kone (Almaniya) / Vidak Malyeviç (Serbiya) cütünün qalibi ilə


Camal Qamzatxanov - Fransisko Solis (Çili)


Qarışıq komanda yarışı


1/16 final


Azərbaycan - Avstriya


Qeyd edək ki, cüdo üzrə dünya çempionatı oktyabrın 4-11-də Milli Gimnastika Arenasında təşkil olunacaq. Yarışda 93 ölkədən 622 cüdoçu - 335 kişi və 287 qadın mübarizə aparacaq. Azərbaycanı fərdi yarışlarda 13 çəki dərəcəsində 24 cüdoçu - 17 kişi və 7 qadın təmsil edəcək. Yığmamız həmçinin oktyabrın 11-də keçiriləcək qarışıq komanda yarışında mübarizə aparacaq.



Telegram kanalımız