“Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə".


"Yeni Sabah" CNN Portuqal-a istinadla xəbər verir ki, bunu “Əl-Nəsr” klubunun və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo deyib.


41 yaşlı futbolçu əlavə edib: "Rəqəmlər hər şeyi deyir. Özümdən daha yaxşı heç kimi tanımıram”. Toyuqlu pizza


Ronaldo argentinalı Lionel Messi ilə rəqabətini Formula 1-in əfsanəvi pilotları Ayrton Senna və Alen Prost arasındakı rəqabətlə müqayisə edib:


“Həmişə çox yaxşı münasibətdə olmuşuq. Bir-birimizi motivasiya etmişik. Tarix artıq yazılıb. Mən bu gün karyeramı başa vursam, heç nəyə görə peşman olmaram”.



Telegram kanalımız