2026-2027-ci tədris ilində Prezident təqaüdünə layiq görülən tələbələrin universitetlər üzrə sayı məlum olub.


"Yeni Sabah" AzEdu.az-a istinadla xəbər verir ki, onlardan 35-i Bakı Ali Neft Məktəbinin tələbəsidir.


Digər universitetlərin siyahısını təqdim edirik: Sezar pizza


Azərbaycan Tibb Universiteti - 25 nəfər;


ADA Universiteti - 18 nəfər;


Bakı Dövlət Universiteti - 15 nəfər;


Azərbaycan Dövlət İqtisad Universiteti - 5 nəfər


Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası - 2 nəfər.


Xatırladaq ki, Prezident İlham Əliyev 2026-2027-ci tədris ilində Azərbaycanın ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, 2026-2027-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycanın ali təhsil müəssisələrinə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü verilib.



Telegram kanalımız