UEFA Çempionlar Liqasında 2026/27 mövsümünün Liqa mərhələsinin ikinci turuna start verilib.


“Yeni Sabah” xəbər verir ki, 2-ci turun ilk oyun günündə keçirilən 9 qarşılaşmada maraqlı nəticələr qeydə alınıb.


Gecənin mərkəzi matçında Kataloniya nəhəngi “Barselona” İstanbulda Türkiyə çempionu “Qalatasaray”ın qonağı olub. Gərgin keçən qarşılaşma qonaqların 4:1 hesablı darmadağını ilə başa çatıb. Dördpendirli pizza


Təmsilçimiz “Sabah” isə doğma meydanda Çexiyanın “Slaviya” komandasını 2:0 hesabı ilə məğlub edib.


ÇL-də günün digər matçlarında isə aşağıdakı nəticələr qeydə alınıb:


“Lans” (Fransa) – “Sportinq” (Portuqaliya) — 0:2


“Arsenal” (İngiltərə) – “Lill” (Fransa) — 3:0


“Atletiko Madrid” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə) — 2:0


“İnter” (İtaliya) – “Brügge” (Belçika) — 3:4


“RB Leypsiq” (Almaniya) – PSV (Niderland) — 1:0


“Vikinq” (Norveç) – “Bavariya” (Almaniya) — 3:3


“Vilyarreal” (İspaniya) – “Napoli” (İtaliya) — 3:1



Telegram kanalımız