"Özümə qəzəbliyəm, çünki ən yaxşı oyunumdan uzaq olduğumu bilirəm. Azarkeşlərin məni fitə basması isə mənə kömək etmir. Kaş mənə dəstək olaydılar. Amma yenə də gənc futbolçuları fitə basmaqdansa, məni fitə basmalarına üstünlük verirəm".


“Yeni Sabah” xəbər verir ki, bunu Çempionlar Liqasında "Roma" üzərində qazanılan qələbədən sonra Vinisius Junior bildirib.


İnsayder Fabritsio Romanonun yaydığı məlumata görə, braziliyalı hücumçu matç zamanı azarkeşlərin reaksiyasından və öz oyunundan narazı qalıb. pizza sifarişi


Vinisius deyib: "Buraya hələ 18 yaşım olanda gəlmişdim. İnsanlar mənə lağ edir, heç vaxt qol vura bilməyəcəyimi deyirdilər. Mən isə 100-dən çox qol vurdum və saysız-hesabsız kubok qazandım! Ən yaxşı formama qayıdacağam, buna şübhəm yoxdur".


Müdafiəçilərin sərt oyun tərzinə də toxunan ulduz forvard hakim ədalətsizliyindən gileylənib:


"Müdafiəçilər bütün oyun boyu məni təpikləyə bilərlər, amma sarı vərəqəni alan yenə mən oluram. Düşünürəm ki, mənim, Lamine Yamal və Julian Alvares kimi oyunun taleyini dəyişə bilən futbolçuları qorumaq lazımdır".


Nazim Hacıyev



Telegram kanalımız