Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verilib.
Bu barədə "Yeni Sabah"a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Təmir işləri çərçivəsində gimnaziyada müasir tədris şəraiti yaradılıb, ümumtəhsil fənləri üzrə sinif otaqları, ixtisas fənlərinin tədrisi üçün fərdi və qrup məşğələ auditoriyaları, eləcə də yaradıcılıq emalatxanaları qurulub. Təhsil müəssisəsi tədris prosesinin təşkili üçün zəruri alət, inventar və digər avadanlıqlarla təmin edilib. Dördpendirli pizza
Hazırda gimnaziyada 1214 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 393 müəllim məşğul olur. Burada ümumtəhsil, musiqi, təsviri və tətbiqi sənət, teatr və xoreoqrafiya şöbələri fəaliyyət göstərir.
Gimnaziyada şagirdlərə milli və klassik musiqi ilə yanaşı, müxtəlif incəsənət istiqamətləri üzrə bilik və bacarıqlar aşılanır, onların yaradıcılıq potensialının inkişafına şərait yaradılır.
Qeyd edək ki, İncəsənət Gimnaziyasının 8 yetirməsi gənc istedadların “Qızıl kitab”ına daxil edilib.
Aytac Əliyeva
Telegram kanalımız