Oktyabrın 16-da Bakıda temperatur 28 dərəcəyə, bölgələrdə isə 31 dərəcəyə yüksələcək. Bəzi ərazilərdə duman və çiskin də gözlənilir.
Bu barədə "Yeni Sabah"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Gün ərzində əsasən yağmursuz hava şəraiti müşahidə ediləcək. Gecə və səhər bəzi yerlərdə duman və az çiskin olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. pizza
Havanın temperaturu gecə 17-20, gündüz 23-28 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət isə gecə 75-80, gündüz 55-65 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Şərq küləyi əsəcək.
Rayonlarda gecə 16-19, gündüz 26-31 dərəcə isti olacaq. Dağlıq ərazilərdə gecə 8-13, gündüz 18-23 dərəcə isti gözlənilir.
Aytac Əliyeva
Telegram kanalımız