Sabah Azərbaycan jurnalistlərinin IX qurultayı keçiriləcək.
“Yeni Sabah” xəbər verir ki, Mətbuat Şurasının İdarə Heyətinə seçilmək üçün jurnalistlər və ictimaiyyət nümayəndələri arasından namizədlər irəli sürülüb.
Qurultayda iştirakını ümumilikdə 225 nümayəndə təsdiqləyib. Dominos pizza
Mətbuat Şurasının məlumatına görə, üzv təşkilatların təqdim etdiyi namizəd anketləri əsasında İdarə Heyətinə seçilmək üçün jurnalistlər və ictimaiyyət nümayəndələri arasından namizədlər müəyyənləşdirilib.
Jurnalist namizədlər arasında Hacıbəy Heydərli, Orxan Amaşov, Səadət Məmmədova, Nurşən Quliyev, Vüqar Rəhimzadə, Elşad Eyvazlı, Vəfa Həmzəyeva, Elmira Musazadə, Seyfəddin Hüseynli, Qalib İbrahimoğlu, Fərid Şahbazlı, Elçin Alıoğlu, Anar Tahirov, Hümbət Musayev, Aqil Camal, Ələsgər Süleymanov, Rey Kərimoğlu, Səbuhi Abbasov, Rafail Becanov, Əli Həziquliyev, Əli İbrahimov, Telman İsa, Əli Vəliyev, Famil İbrahimov, Mübariz Göyüşlü, Əfsələddin Ağalarov, Şakir Ağayev və Hafiz Heydərov yer alıblar.
İctimaiyyət nümayəndələri arasından Vüqar Zifəroğlu, Müşfiq Ələsgərli, Əminə Yusifqızı, Bəhruz Məmmədzadə, Fərid Pərdəşünas, Könül Niftəliyeva, Ayaz Mirzəyev, Azər Həsrət, Yeganə Hacıyeva, Emil Həsənli, Nadir İsmayılov, Xanoğlan Əhmədov, Vüqar Oruc, Niyaməddin Orduxanlı, Rəhim Hüseynzadə, Zaur İbrahimli, Qafar Çaxmaqlı və Şəmsiyyə Kərimovanın namizədliyi irəli sürülüb.
Mətbuat Şurasının hazırkı İdarə Heyətinin üzvlərindən Rəşad Məcid, Əflatun Amaşov, Qulu Məhərrəmli, Umud Rəhimoğlu, Aydın Quliyev, Rauf Arifoğlu, Elçin Mirzəbəyli, Vüsalə Mahirqızı, Aqil Ələsgər, Ceyhun Musaoğlu, Akif Aşırlı və Yadigar Məmmədli adlarının seçki bülleteninə daxil edilməməsini xahiş ediblər.
Qeyd edək ki, Mətbuat Şurasının sədri Rəşad Məcidin adının seçki bülleteninə daxil edilməməsini xahiş edən şəxslər arasında olması onun yeni tərkibdə yer almayacağını təsdiqləyib.
Aydan Hacı
Telegram kanalımız