Bakıda təmir işləri ilə əlaqədar Binəqədi şosesinin bir hissəsində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. Bu səbəbdən 8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil olunacaq.
Bu barədə “Yeni Sabah”a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Məhdudiyyət oktyabrın 16-sı saat 23:00-dan Binəqədi şosesinin Mehdiabad yolu ilə kəsişməsindən Zəngəzur küçəsi ilə kəsişməsinədək olan hissədə qüvvəyə minəcək. Dominos pizza
Dəyişiklik 100, 108A, 108B, 123, 133, 147, 165 və 179 nömrəli marşrutları əhatə edir.
100, 108B, 123, 133, 165 və 179 nömrəli marşrutlar üzrə avtobusların metronun “Azadlıq prospekti” stansiyası istiqamətində və əks istiqamətdə hərəkəti Binəqazi Qazi, Gülməmməd Ramazanov, 10 May, Araz, Ozan, Telman Kəlbiyev və Zəngəzur küçələri, eləcə də Binəqədi şosesi ilə təşkil olunacaq. Daha sonra avtobuslar mövcud hərəkət sxemi üzrə fəaliyyət göstərəcək.
108A və 147 nömrəli marşrutlar üzrə isə metronun “Azadlıq prospekti” stansiyası istiqamətində hərəkət 28 May, Məmməd Araz və 1-ci Göl kənarı küçələri, Ziya Bünyadov və Azadlıq prospektləri, həmçinin Çingiz Aytmatov küçəsi ilə təşkil ediləcək.
Əks istiqamətdə avtobuslar Çingiz Aytmatov, Şövkət Məmmədova və Əcəmi Naxçıvani küçələri, Atatürk və Ziya Bünyadov prospektləri, 1-ci Göl kənarı, Məmməd Araz və 28 May küçələri ilə hərəkət edəcək. Daha sonra mövcud sxem üzrə fəaliyyət davam etdiriləcək.
Aytac Əliyeva
Telegram kanalımız