Vəkil Zibeyda Sadıqova həbsdə olan jurnalist Aynur Elgünəşin səhhətində ciddi problemlərin olduğunu bildirib.


"Yeni Sabah" gununsesi.info-ya istinadla xəbər verir ki, vəkili onun indiyədək 17 dəfə əməliyyat olunduğunu və həbsindən əvvəl növbəti əməliyyata hazırlaşdığını xatırladıb.


“Hazırda ən böyük təhlükə böyrəyində formalaşıb. Buna görə təcili müalicə müəssisəsinə köçürülüb”, – Zibeyda Sadıqova bildirib. pizza mizza


Vəkil jurnalistin səhhətində yaranmış problemləri nəzərə alaraq, onun ev dustaqlığına buraxılmasının vacibliyini vurğulayıb.



Telegram kanalımız