Yaxın vaxtlarda "İçərişəhər" stansiyasından "Həzi Aslanov" stansiyasına birbaşa getmək mümkün olacaq.


"Yeni Sabah" xəbər verir ki, "Həzi Aslanov-Əhmədli" mənzilində məkik hərəkət ləğv olunacaq.


Nəticədə, Qırmızı xətdə qatarlararası interval pik saatlarda 2 dəqiqə, digər vaxtlarda isə 2 dəqiqə 30 saniyə təşkil edəcək. pizza hut


Yenidənqurma çərçivəsində tavan istisna olmaqla, ümumi uzunluğu 1 km-ə yaxın olan dalanın bütün infrastrukturu tam sökülərək yenidən inşa edilib. 6 vaqonlu qatarların qəbulunu təmin etmək üçün hər yol 20 metr uzadılıb.


"Həzi Aslanov" stansiyasının dalanında dayanıqlılığın artırılması layihəsi 2025–2030-cu illər üzrə Dövlət Proqramının icra edilməsinə dair tədbirlər planı əsasında həyata keçirilib.



Telegram kanalımız