Azərbaycanda su nəqliyyatı vasitələrinin sığortası üzrə toplanan sığorta haqlarının həcmində kəskin artım qeydə alınıb.


“Yeni Sabah” xəbər verir ki, 2026-cı ilin yanvar-sentyabr aylarında bu sığorta növü üzrə 7 min 742 manat sığorta haqqı toplanıb.


Ötən ilin müvafiq dövründə — 2025-ci ilin yanvar-sentyabr aylarında isə bu göstərici 2 min 211 manat təşkil etmişdi. pizza


Beləliklə, illik müqayisədə su nəqliyyatı vasitələrinin sığortası üzrə toplanan sığorta haqları 5 min 531 manat və ya 3,5 dəfə (250,2%) artıb.


Cəlalə Cəlalqızı



Telegram kanalımız