Dünyaca məşhur almaniyalı model Xaydi Klum builki Hellouin obrazı ilə də diqqət çəkib.


“Yeni Sabah” xəbər verir ki, model Nyu-Yorkda təşkil etdiyi ənənəvi Hellouin gecəsinə sol əlinin nəhəng və qanlı surətində qatılıb.


Realistik görünüşü ilə seçilən kostyumda uzun qırmızı dırnaqlar, üzüklər və qanlı detallar əks olunub. Obrazın hazırlanmasına 5-6 saat vaxt sərf edilib. pizza mizza


Maraqlı məqamlardan biri isə modelin barmağında həyat yoldaşı Tom Kaulitzin adının döyməsinin yer alması olub. 


Qeyd edək ki, Xaydi Klum hər il qeyri-adi Hellouin obrazları ilə gündəmə gəlir.


Aydan Hacı 




Telegram kanalımız