Ermənistan Baş Prokurorluğu Azərbaycan hərbçisi Nəsimi Musayevə dair ittiham aktını məhkəməyə göndərib.


"Yeni Sabah" xəbər verir ki, işə Sünik məhkəməsində baxılacaq.


Xatırladaq ki, oktyabrın 1-də Azərbaycan vətəndaşı və hərbçi Nəsimi Musayev Sisian icmasının Şəki kəndində, 6-cı küçədə yerləşən 20 nömrəli evə qanunsuz olaraq daxil olub və aşkar edildikdən sonra atəş açıb. Online shopping Azərbaycan


1987-ci il təvəllüdlü Ani Avetisyan atışma nəticəsində yaralanıb.


Daha sonra Azərbaycan vətəndaşı qaçıb. Görülən tədbirlərdən sonra Musayev tapılıb.


Şəkidə baş verən hadisə ilə bağlı Ermənistan Cinayət Məcəlləsinin 5 maddəsi ilə cinayət işi başlanıb və Musayev 2 ay müddətinə həbs edilib.



Telegram kanalımız