UEFA Millətlər Liqasının qrup mərhələsində son oyunlar keçirilib.


"Yeni Sabah" xəbər verir ki, maraqla gözlənilən qarşlaşmalardan biri A Liqasının IV qrupunda Danimarka və Norveç milliləri arasında baş tutub.


Kopenhagendəki "Parken" stadionunda keçirilən qarşılaşma Norveç yığmasının 2:3 hesablı qələbəsi ilə başa çatıb. Online shopping Azərbaycan


Meydan sahibləri 2:0 öndə olsalar da, qonaqlar inanılmaz geridönüş edərək qələbə qazana biliblər. Norveç millisinin qələbə qolunu oyunun son saniyələrində qazanılan penaltini dəqiq yerinə yetirən Erlinq Holand vurub. 


Qrup mərhələsinin yekunlarına əsasən, Danimarka 9 xalla üçüncü yeri tutub və A Liqasındakı yerini qorumaq üçün pley-off oyunlarında iştirak edəcək. Eyni xala malik Norveç isə ikinci pillədən turnirin 1/4 final mərhələsinə vəsiqə qazanıb.


Digər görüşlərdə aşağıdakı nəticələr qeydə alınıb:


A Liqası, IV qrup


Uels - Portuqaliya - 2:3.


B Liqası, II qrup


Macarıstan - Şimali İrlandiya - 1:1;


Ukrayna - Gürcüstan - 1:0.


III qrup


İrlandiya - Kosovo - 3:0;


İsrail - Avstriya - 1:1.


IV qrup


Bosniya və Herseqovina - Rumıniya - 2:1;


Polşa - İsveç - 1:1.



Telegram kanalımız