“Real" klubu La Liqanın prezidenti Xavyer Tebasla bağlı şüara görə 3 min avro cərimə olunub.


"Yeni Sabah" AS-a istinadla xəbər verir ki, oktyabrın 18-də “Sevilya” ilə keçirilən matçda (4:1) “Santyaqo Bernabeu” stadionunda azarkeşlər “Bu futbol deyil, bu, Tebas və Neqreyradır” yazılmış plakar açıblar.


Banner üzərindəki adlar “Barselona”nın rəngləri olan göy-qırmızı rənglərlə vurğulanıb. Onlayn mağaza


Bundan başqa, azarkeşlər La Liqanın prezidentinə qarşı şüarlar səsləndiriblər.


Cərimə bannerin stadiona əvvəlcədən icazə alınmadan gətirilməsi və nümayiş etdirilməsinin qarşısının alınmaması ilə bağlıdır.



Telegram kanalımız