Elxan Nəcəfov Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib.


“Yeni Sabah” xəbər verir ki, Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Elxan Nəcəfov Abşeron-Xızı Regional Təhsil İdarəsinin yeni müdiri olub.


Elxan Nəcəfov müxtəlif dövrlərdə təhsil müəssisələrində müəllim kimi çalışıb. O, 2017–2022-ci illərdə müxtəlif ali təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olub. Online shopping Azərbaycan


O, 2022–2023-cü illərdə Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri, 2023–2024-cü illərdə Naxçıvan Muxtar Respublikasının təhsil nazirinin müavini vəzifəsində çalışıb.


Elxan Nəcəfov 2024–2026-cı illərdə isə Naxçıvan Muxtar Respublikasının təhsil naziri olub.


Aytac Əliyeva



Telegram kanalımız