Əfqanıstanda minaatan mərmisinin partlaması nəticəsində 4 uşaq həyatını itirib, 2-si yaralanıb.


“Yeni Sabah” xəbər verir ki, ölkənin qərbində yerləşən Fərah vilayətinin Bakva rayonunda 10-16 yaşlarında olan uşaqlar ərazidəki partlamamış minaatan mərmisinə toxunublar.


Əfqanıstanın kənd yerlərində yaşayan bir çox uşaq ailələrinə maddi dəstək olmaq üçün metal parçaları toplayır. Lakin illərdir davam edən münaqişələrdən qalan partlamamış hərbi sursatlar onlar üçün ciddi təhlükə yaradır. Online shopping Azərbaycan


Aydan Hacı 



Telegram kanalımız