Azərbaycanda təbii qaz üzrə illik istehlak limiti 2027-ci il yanvarın 1-də yenilənəcək.


“Yeni Sabah” Modern.az-a istinadla xəbər verir ki, bununla da abonentlərin yeni təqvim ili üzrə qaz sərfiyyatının hesablanmasına başlanacaq.


Hazırda əhali üçün təbii qazın qiyməti illik istehlak həcmindən asılı olaraq üç pillə üzrə müəyyənləşdirilir: İnternet mağaza


-İllik 1200 kubmetrədək – 12,5 qəpik;


-1200–2500 kubmetr arası – 22 qəpik;


-2500 kubmetrdən artıq – 30 qəpik.


Beləliklə, 2026-cı ildə istifadə edilmiş qaz həcmi 2027-ci ilin limitinə daxil edilməyəcək. Yanvarın 1-dən etibarən yeni illik hesablama dövrü başlayacaq.


Elektrik enerjisi üzrə isə fərqli qayda tətbiq olunur. Əhali abonentləri üçün istehlak limiti aylıq hesablanır:


-200 kVt/saatadək – 8,4 qəpik;


-200–300 kVt/saat arası – 10 qəpik;


-300 kVt/saatdan artıq – 15 qəpik.


Qeyd edək ki, elektrik enerjisi üzrə limit illik deyil, ardıcıl 30 təqvim günü ərzindəki istehlaka əsasən hesablanır.


Hazırda 2027-ci il yanvarın 1-dən qaz və elektrik enerjisinin vahid tariflərinin dəyişdirilməsi ilə bağlı rəsmi qərar isə açıqlanmayıb.



Telegram kanalımız