Azərbaycanlı ictimai fəal Daşqın Gülməmmədov azadlığa buraxılıb.


"Yeni Sabah" xəbər verir ki, Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin müvafiq əfv sərəncamı D.Gülməmmədova da şamil edilib.


Xatırladaq ki, D.Gülməmmədov 2002-ci ildən 2011-ci ilə qədər Gürcüstan Azərbaycanlıları Milli Assambleyasına rəhbərlik edib. ShopByBro


O, 2009-cu ildə Azərbaycanda həbsdə olub. Daşqın Gülməmmədov tanışını dövlət qurumlarından birində işə düzəltmək adı ilə aldadaraq onun 5 min dollarını mənimsəməkdə ittiham olunmuşdu.


D.Gülməmmədov 2025-ci ildə Gürcüstanda həbs olunub. O, Gürcüstan Cinayət Məcəlləsinin 151.2-ci (ailə üzvünə qarşı ölüm və ya sağlamlığa zərər vurma hədəsi) maddəsində təqsirləndirilib və 3 il azadlıqdan məhrum edilib.


Xatırladaq ki, D.Gülməmmədov 2013-cü ildə Gürcüstan prezidentliyinə namizədliyini irəli sürmüşdü./Oxu.az



Telegram kanalımız