Joze Mourinyonun "Real Madrid" bütün turnirlər üzrə ardıcıl 10-cu qələbəsini əldə edərək yüksək oyun formasını təsdiqləyib.


“Yeni Sabah” xəbər verir ki, Madrid klubunun bu möhtəşəm qələbələr seriyası La Liqa, Kral kuboku və Çempionlar Liqası matçlarını əhatə edir.


Komanda bu zəfərlər sırasında "Vilyarreal"ı 1:0, "AS Roma"nı 4:3, "Sevilya"nı 4:1, "RB Leypsiq"i 4:1, "Barselona"nı 2:1, "Rasinq Santander"i 3:0, AEK Afina klubunu 3:2, "Valensiya"nı 3:0, "Selta Viqo"nu 2:1 və son olaraq PSV-ni 5:1 hesabı ilə məğlub edib. ShopByBro


Ardıcıl on qələbə "Real Madrid"in həm hücum potensialını, həm də həlledici məqamlarda nəticə əldə etmək bacarığını nümayiş etdirir.


Nazim Hacıyev



Telegram kanalımız